“Tottenhem”də ciddi itki
- 27 Dek 2023 22:44
- 259
“Tottenhem"in müdafiəçisi Kristian Romero sıradan çıxıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, zədə səbəbindən 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
25 yaşlı futbolçu İngiltərə Premyer Liqasında "Everton"a 2:1 hesabı ilə qalib gəldikləri oyunda budundan zədə alıb.
Romero bu mövsüm London təmsilçisinin heyətində 15 oyun keçirib və 3 qol vurub. O, 2021-ci ildən "Tottenhem"də forma geyinir.