"Tottenhem"də şok itki
- 07 Okt 2019 13:33
- 697
"Tottenhem"in qapıçısı Uqo Lloris İngiltərə Premyer Liqasının 8-ci turunda "Brayton"la səfər oyununda ağır zədə alıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, fransalı qapıçı matçın 3-cü dəqiqəsində buraxılan qol zaman yerə yıxılanda qolu sınıb.
32 yaşlı qolkiper dərhal yerli xəstəxanaya yerləşdirilib. Təcrübəli qapıçı növbəti həftə tibbi müayinədən keçəcək. Onun ən azı 2 ay oynamayacağı gözlənilir.