“Tottenhem” futbolçusu Erik Dayerlə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

London klubu ingiltərəli futbolçu ilə 2024-cü ilin iyununadək nəzərdə tutulan yeni müqavilə imzalayıb.

2014-cü ildən “Tottenhem”in şərəfini qoruyan Dayer klubda keçirdiyi 239 oyunda 11 qolla yadda qalıb. O, cari mövsümdə 29 matçda iştirak edib.