Futbol üzrə Fil Dişi Sahili yığmasının müdafiəçisi Serj Orye özünə yeni komanda tapıb.

Rekord.az xəbər verir  ki, son olaraq “Tottenhem”də çıxış etmiş futbolçu London klubundan ayrılandan bəri işsiz idi.

28 yaşlı sağ cinah müdafiəçisi İspaniyanın “Vilyarreal” klubu ilə müqavilə bağlayıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti bu mövsümün sonuna qədərdir. Lakin mövsümün sonunda anlaşmanın daha 2 il artırılması nəzərdə tutulub.

Orye 2017-ci ildən “Tottenhem”də çıxış edirdi. Ölkəsinin yığmasında 70 oyun keçirmiş müdafiəçi, əvvəllər PSJ, “Tuluza” və “Lans komandalarının da formasını geyinib.