![photo](https://www.rekord.az/storage/uploads/5/rodon-780x470.jpg)
“Tottenhem”dən “Lids”ə
- 11 Avq 2023 17:40
- 314
“Tottenhem”in müdafiəçisi Co Rodon icarə əsasında “Lids”ə keçib.
Rekord.az Lids təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Rodon 2023/24 mövsümünün sonuna qədər bu klubun formasını geyinəcək.
Rodon 2022/23 mövsümündə icarə əsasında “Renn”də oynayıb. Uelsli futbolçu Fransa klubunun heyətində 22 oyuna çıxıb və bir qola imza atıb.