İngiltərənin “Tottenhem” klubu müdafiəçisi Tobi Alderveyreldlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belçika yığmasının da üzvü olan futbolçu Qətərin “Əl-Duhail” klubuna transfer olunub. 32 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Tobi Alderveyreld 2015-ci ildən “Tottenhem”də çıxış edirdi. O, daha öncə “Ayaks”, “Atletiko” (Madrid) və “Sauthempton”da da çıxış edib.