İngiltərə Futbol Assosiasiyası "Tottenhem"in futbolçusu Rodriqo Bentankuru 7 oyunluq cəzalandırıb.


Rekord.az xəbər verir ki, buna yarımmüdafiəçinin cənubi koreyalı komanda yoldaşı Son Hın Minə qarşı irqçilik etməsi səbəb olub.


Uruqvaylı oyunçu həmçinin 100 min funt sterlinq cərimələnib.


Bentankur qalmaqallı açıqlama vermişdi. O, Son Hın Min haqqında danışarkən koreyalıları ayırd etməyin çətin olduğunu söyləyib. Yarımmüdafiəçi komanda yoldaşından üzr istəsə də, irqçilikdə ittiham edilib.