İngiltərənin “Tottenhem” klubunun futbolçusu Son Hın Minin əsgərlik dönəmi başlayıb.

Rekord.az xəbər verir ki, o, ölkəsi Cənubi Koreyada 14 günlük karantin müddətini tamamladıqdan sonra Çedjudo adasındakı hərbi hissəyə yollanıb.

28 yaşlı oyunçunun xidmət müddəti 3 həftə davam edəcək. Futbolçunun hazırlıq dövründə bəzi hərbi biliklərə yiyələnəcəyi, silahdan atəş açmağı öyrənəcəyi qeyd olunub.

Qeyd edək ki, Cənubi Koreya hökumətinin qanunlarına əsasən, ölkədə hər bir kişi 28 yaşınadək 21 ay müddətinə hərbi xidmətdə olmalıdı. Lakin Son Hın Min yığmanın heyətində Asiya oyunlarında qızıl medal qazandığına görə, cəmi 21 gün əsgərlikdə olacaq. Futbolçunun mayın ortasında Londona qayıdacağı gözlənilir.