“Tottenhem”in futbolçusu hərbi xidməti başa vurdu
- 08 May 2020 17:21
- 573
İngiltərənin “Tottenhem” klubunun hücumçusu Son Hın Min hərbi xidmətini tamamlayıb.
Rekord.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu, ölkəsində üç həftəlik xidmətini başa vurub.
28 yaşlı futbolçu 157 nəfərin iştirak etdiyi hərbi hazırlıqlarda ən yaxşı performans göstərənlərdən biri olub.