“Tottenhem”in futbolçusu tarixə keçdi
- 27 Okt 2020 19:45
- 645
“Tottenhem” İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində “Bernli”yə 1:0 hesabı ilə qalib gəlib.
Rekord.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun yeganə qolunu vuran Son Hın Min turnirin tarixinə düşüb.
Cənubi koreyalı futbolçu 7-si səfər oyununda olmaqla, cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb. Bununla da, o, çempionatın tarixində mövsümün ilk üç səfər oyununda 6-dan çox qol vuran ilk futbolçu olub.