İngiltərənin “Tottenhem” klubunun futbolçusu Dele Alli silahlı qarətə məruz qalıb.

Rekord.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, iki qarətçi futbolçunun Londondakı evinə girib və ona bıçaqla hücum edib.

Allinin üzündə kiçik yara izləri olduğu bildirilir. Qarətçilər onun evindən dəyərli zinət əşyaları və saatlar oğurlayıb.