"Roma"nın əfsanəsi - Françesko Totti baş məşqçi postunun Joze Mourinyuya tapşırılmasına münasibət bildirib.

Rekord.az xəbər verir ki, "canavarlar"ın sabiq kapitanı "Corriere dello Sport"a belə danışıb:

"Fəaliyyətə başlayandan sonra düşüncələrini özü bölüşəcək. Məncə, dünyanın ən güclü məşqçisini götürmüşük. Gənc olsaydım, Mourinyunun rəhbərliyi altında oynamaq istəyərdim. Kluba qayıtmağım? Bu barədə "Roma"da heç kimlə danışmamışam. Düzü, "Roma"da hazırda mənə uyğun vəzifə də yoxdur".

Qeyd edək ki, Mourinyu iyulun 1-dən sözügedən paytaxt təmsilçisində işləməyə başlayacaq.