"Roma"nın sabiq hücumçusu Françesko Totti komandanın uğursuz çıxışına münasibət bildirib.

Rekord.az xəbər verir ki, "Roma" əfsanəsi Joze Mourinyoya vaxt verilməli olduğunu deyib:

Söhbət "Roma"dan gedirsə, emosiyalar güclü olur. Komanda ən yaxşı günlərini yaşamır. Amma buna dözə bilmirsənsə, "Roma" azarkeşi deyilsən.

Mourinyoyaya bir az vaxt verək. Əminəm ki, o da fanatlara sevinc bəxş etmək istəyir. Ancaq kuboklar qazanmaq üçün güclü oyunçular lazımdı.

Hazırki oyunçulara qarşı hörmətsizlik etmək istəmirəm. Sadəcə burada çempionları görmürəm.

Sadəcə olaraq, müəyyən şəraitdə uğur qazana biləcək yaxşı komanda var".