"Latsio"nun futbolçusu İlenia Matilli "Roma"nın əfsanəvi kapitanı Françesko Tottinin səsini eşitdikdən sonra komadan ayılıb.

Rekord.az xəbər verir ki, bu barədə "La Reppublica" məlumat yayıb.

Gənc oyunçu avtoqəzadan sonra 9 ay idi ki, komanda idi. Ailəsi Matillini oyatmaq üçün uzun müddət ona çox sevdiyi "Roma"nın himnini dinlətsə də, heç bir nəticə verməyib. Bundan xəbər tutan Totti Matilli üçün videomüraciət hazırlayıb. Keçmiş hücumçu müraciətində "İlenia, təslim olma, hamımız səninləyik" deyib.

Dəfələrlə bu sözləri eşidən futbolçu tədricən komadan çıxmağa başlayıb. Onun ilk arzusu kumirini görmək olub. Bu gün isə Totti xəstəxanaya gedərək Matillini ziyarət edib.