Tovuz azarkeşləri yeni, 10 minlik stadion ideyası ilə çıxış edib.

Rekord.az xəbər verir ki, rayonun stajlı futbol azarkeşlərindən olan, həmçinin rayonda fiziki tərbiyə müəllimi işləyən Fikrət Məmmədov bu haqda paylaşım edib və bir çox tovuzlu da ideyanı dəstəkləyib.

İlk təşəbbüskar isə klubun sabiq vitse-prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanov olub. 

Qeyd edək ki, hazırkı stadionun tutumu 6500 nəfərdi.