Məlum olduğu kimi, AFFA bu yaxınlarda Tovuzda futbol akademiyasının açılışını etdi. Açılışda iştirak edən federasiya rəhbərliyi bildirmişdi ki, akademiyada gənc futbolçuların yaşaması, qidalanması üçün bütün şərait var.

Lakin Rekord.az-a daxil olan məlumata görə, hər şey heç də AFFA rəhbərliyi deyən kimi, güllük-gülüstanlıq deyil.

Məsələn, bizə ötürülən məlumata görə, akademiyaya digər rayonlardan futbolçu qəbul edilməyəcək. Çünki onların akademiyada qalması üçün maddi təminat yoxdur. AFFA-dan bildirilib ki, federasiya yalnız tikintini təmin edib. Akademiyada isə yalnız milli komandaların qalması və qidalanması təmin ediləcək. Lakin hansısa kənar rayondan gəlib Tovuz akademiyasında qalması, qidalanması üçün maliyyə yardımının ayırılması nəzərdə tutulmayıb. Yalnız gələcəkdə Tovuz Futbol Akademiyasına sponsor tapılacağı halda sözügedən məsələ reallaşa bilər.