AFFA-nın maliyyə dəstəyi ilə bir ilə yaxındır fəaliyyət göstərən Tovuzdakı futbol akademiyasında müəyyən sıxıntı yaranıb.

Rekord.az-a daxil olan məlumata görə, akademiyada eyni vaxtda 70 uşağın qalması üçün şərait olsa da, federasiyadan akademiya rəhbərliyinə tapşırlıb ki, 25-30 uşaqdan artıq qəbul olmasın.

Səbəb maliyyə ilə bağlıdır. Çünki Gəncədə də meydançalar tikən AFFA vəsaitə bacardığı qədər qənat etməyi düşünür.