Tovuz şəhər stadionunda işıqlandırma sisteminin quraşdırılması başa çatıb.

Rekord.az xəbər verir ki, bu barədə bu arenada ev oyunlarını keçirən "Turan Tovuz" klubu paylaşım edib.

Avadanlığın son sınaqlardan uğurla keçdiyi bildirilib.

Azərbaycan Premyer Liqasında 10-cu turun "Turan Tovuz" - "Qarabağ" qarşılaşmasının süni işıqlandırma ilə baş tutacağı vurğulanıb.

Oktyabrın 20-də reallaşacaq matç saat 18:30-da start götürəcək.