Tovuz stadionunda təmir və yenidənqurma işləri xeyli ləng gedir. Öncədən marta kimi bütün işlərin yekunlaşacağı deyilsə də sonradan məlum oldu ki, işlər yaya qədər uzanacaq.

Rekord.az-a Tovuzdakı mənbələrdən verilən məlumata görə, son zamanlar stadionda işlər xeyli ləngiyib.

Buna səbəb isə Bakıdan tikintinin davamı üçün lazımı tikinti materiallarının hələ də gəlib çıxmamasıdır. Bu isə birbaşa maliyyə ilə bağlıdır.