Bir müddətdir AFFA-nın maliyyə yardımı ilə Tovuzda futbol akademiyasının tikintisi davam etdirilir.


Rekord.az xəbər verir ki, plana görə işlər mart ayında tam yekunlaşmalı idi.


Lakin işlər çox ləng gedir. Hazırda demək olar ki, işlərin heç 50 faizi görülməyib. Akademiya üçün yeni binanın tikintisi, ümumiyyətlə, layihədən çıxarılıb ki, buna da səbəb maliyyə durumudur. Bu gedişlə işlərin iyundan tez qurtaracağıma ümçid etmək olmaz.