"Turan Tovuz" - "Araz Naxçıvan" matçının işıq dirəyinin aşması nəticəsində yarımçıq qalmasından xəbərdarsınız.

Rekord.az xəbər verir ki, "Turan Tovuz" rəhbərliyi bu olaydan sonra digər 3 dirəyin də sökülməsinə qərar verib.

Həmin dirəklər yanvar ayından etibarən sökülməyə başlayacaq. Daha sonra isə yeni işıq dirəkləri sifariş veriləcək.