Bildiyiniz kimi AFFA hazırda Tovuzda futbol akademiyasının tikintisi ilə məşğuldur.

 


Rekord.az xəbər verir ki, ehtiyat meydançalarla bərabər olaraq əsas meydançaya da əl gəzdirilir.

 


Hətta bir ara söhbətlər dolaşdı ki, federasiya əsas meydançanın süni örtüyünü təbii örtüklə əvəzləməyi düşünür. Lakin əldə etdiyimiz məlumata görə, belə bir məsələ gündəmdə deyil. Ən azı yaxın 2 il üçün də belə plan yoxdur. Yəni "Turan Tovuz" ən azı daha 2 il ev oyunlarını snüi örtüklü meydançada keçirməlidir.