AFFA Tovuz stadionunda təmir işlərini davam etdirir. Arenanın inzibati binası və akademiya üçün nəzərdə tutulan binada təmir işləri yekunlaşmaq üzrədir.

Lakin Rekord.az xəbər verir ki,  federasiya stadionun qazonu ilə bağlı yenilik etməyəcək.

Halbuki Tovuz stadionunun təbii örtüyü 2013-cü ildə sökülərək, süni ilə əvəzlənib. Süni örtüklü qazonların istismar müddəti isə 5 illikdir. Bu isə o deməkdir ki, Tovuz stadionunun süni örtüyü istismar müddətini 2 ildir ki, başa vurub. Yəni hazırda standardlara uyğun olmayan qazon sayılır və burada futbol oynamaq məqbul deyil. Get-gedə bu meydançada zədələr arta bilər ki, bu da futbolçuların sağlamlığına ciddi ziyan vura bilər. lakin görünür, AFFA üçün bu, elə də böyük əhəmiyyət daşımır.

Maraq üçün qeyd edək ki, Tovuz stadionu hazırda AFFA-nın nəzarətindədir.