Bu yay Tovuz stadionunun süni örtüyünün təbii otla əvəzlənməsi nəzərdə tutulsa da, bu məsələ gələn ilə qədər təxirə salına bilər.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb işi görəcək şirkətin işlərə nə zaman start verəcəyi və işlərin nə zaman yekunlaşacağına dair “Turan Tovuz” rəhbərliyinə konkret tarix deməməsidir.

Bu həftə sözügedən məsələ ilə bağlı tərəflər arasında görüş olmalıdır. Əgər şirkətin göstərəcəyi tarix klubun planları ilə üst-üstə düşməsə, o zaman “Turan Tovuz” daha bir mövsüm hazırkı süni örtükdə oynamalı olacaq və təbii ota keçiş gələn ilə qalacaq.