Bir neçə ay bundan öncə Tovuz şəhər stadionunun tutumunun artırılması ehtimalı haqda yazmışdıq.

Rekord.az-a daxil olan yeni məlumata görə, qış fasiləsindən bu işlətə start verilməsi nəzərdə tutulub.

Əsas tribuna ilə üz-üzə olan tribunaya əl gəzdiriləcək, tutum artırılacaq. Hətta bu səbəbdən böyük ehtimalla qışdan sonra həmin tribunaya azarkeşlər buraxılmasın. Hazırda Tovuz stadionunun tutumu 6500 nəfərdi. Qarşı tribuna yenilənəndən sonra tutumun 7000-ə çatdırılacağı gözlənilir.