Tovuzda “5 mart – Bədən tədbiyəsi və idman günü” münasibətilə tədbir
- 04 Mar 2023 23:30
- 466
Tovuz Olimpiya və İdman Kompleksində “5 mart – Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar tədbir keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, idmançılar və məşqçi-müəllimlər iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub. Giriş sözü ilə çıxış edən RİH başçısının birinci müavini Rəşad Zeynalov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə idman sahəsində görülən işlərdən bəhs edib, bütün regionlarda olduğu kimi Tovuz rayonunda da idmanın inkişafı istiqamətində əməli tədbirlərin görüldüyünü vurğulayıb.
Daha sonra çıxış edənlər - Sahib Ələsgərov, Məharət Məmmədov adına Qovlar şəhər humanitar təmayüllü məktəb-liseyin fiziki-tərbiyə müəllimi Ramiz Novruzov və Tovuz Peşə Liseyinin fiziki-tərbiyə müəllimi Alı İbrahimov ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət-qayğıdan söz açıb, idmançılarımızın əldə etdiyi uğurları diqqətə çatdırıblar.
Sonda idmanda əldə etdiyi uğurlara görə bir qrup idmançı və məşqçi-müəllimə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub və xatirə şəkli çəkdirilib.