Tovuz Olimpiya İdman Kompleksində atletika üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə idmançılar qarşısında çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Anar Fəttahov layihənin əsas məqsədi və bu idmanın rayonumuzda inkişafı barədə ümumi məlumat verib.

Gənclər arasında sağlam həyat tərzinin təbliği, atletika idman növünə marağın artırılmasının əsas istiqamət olduğunu qeyd edib.Nümunəvi çıxışlarda ümumilikdə 40 nəfər idmançı iştirak edib.