Tovuz rayon Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin idman zalında basketbol idman növü üzrə yeniyetmə idmançıların məşq prosesinə və nümunəvi çıxışlarına baxış keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev, məşqçi müəllim Bayram Zeynalov çıxış edərək layihə haqqında məlumat verib, basketbol idman növünün Tovuz rayonunda inkişafından, kütləviliyinin təmin edilməsindən və dövlətin idmançılara göstərdiyi diqqət və qayğıdan söz açıblar.

Daha sonra tədbir məşqçi müəllim Rauf Cəfərovun təlimatları əsasında davam edibdir.