Tovuz Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində "Boks hamı üçün" idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Yaşar Orucov "İdman hamı üçün" layihəsi barədə idmançılara geniş məlumat verib.

Boks idman növünün rayonumuzda inkişaf edən idman növlərindən olduğunu qeyd etmişdir.

Daha sonra məşqçi- müəllim, SSRİ idman ustası Əsgər Əsgərov tərəfindən nümunəvi məşqlər keçirilib.