Tovuz Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında boks üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə çıxış edən Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev iştirakçıları salamlayıb və bildirib ki, nümunəvi çıxışların keçirilməsində məqsəd rayonda idmanın kütləviliyinə nail olmaq, yeniyetmə və gənclərin boks idman növünə marağının artırılması, idmançıların idman təcrübələrinin artırılmasına kömək olmaq, perspektivli idmançıların aşkar edilməsi, boks idman növünün təbliği və inkişafına nail olmaqdan ibarətdir.

Daha sonra boks üzrə məşqçi-müəllim Bəhman Məmmədzadənin təlimatları ilə idmançılar nümunəvi çıxışları göstərilib.Nümunəvi çıxışlarda 27 nəfər idmançı iştirak edib.