Tovuz Cüdo mərkəzinin idman zalında cüdo üzrə ustad dərsi keçirilib.

Rekord.az xəbər verir ki, ustad dərsində Qazax- Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev iştirakçıları salamlayıb və ustad dərslərinin keçirilməsinin əhəmiyyətindən danışıbdır.

İdmançılar Tovuz Cüdo mərkəzinin baş məşqçisi, respublika dərəcəli hakim Emin Mustafayevin rəhbərliyi altında müxtəlif fəndlər yerinə yetirib, o cümlədən cüdo idman növü haqqında ətraflı məlumat əldə ediblər. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında idmana marağın artırılması, rayonda cüdo idman növünün inkişaf etdirilməsi, və asudə vaxtın səmərəli təşkilidir. Ustad dərsində 41 nəfər idmançı iştirak edib.