Bu kadrlar 2011-ci ilin kadrlarıdır.

Azərbaycan Premyer-Liqasının 2011-12-ci illər mövsümünün 15-ci turu çərçivəsində keçirilən "Turan" - "Qarabağ" oyunundan sonra hakimlər hücuma məruz qalmışdı.

Belə ki, Tovuzdakı qarşılaşma başa çatandan sonra naməlum şəxslər görüşün baş hakimi Rauf Cabbarov və onun köməkçilərinin üzərinə hücum çəkmiş, onlara ciddi xəsarət yetirmişdilər.

Oyunda "Turan" 0:1 hesabıyla məğlub olmuşdu.

"Rekord.az" həmin hadisədən görüntüləri sizə təqdim edir: