Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbin futbol meydançasında "Futbol hamı üçün" idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə çıxış edən Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev idmançılara layihə haqqında məlumat verib, idmançılara göstərilən dövlət qayğısından danışıb.Rayonda futbol idman növünün inkişafının, yeniyetmə və kiçik yaşlı uşaqların bu idman növünə həvəsləndirilməsinin və cəlb olunmasının vacibliyini vurğulayıb.

Daha sonra tədbir məşqçi müəllim Hafiz Nuriyevin təlimatları əsasında davam edib.