Tovuz Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş “İdman hamı üçün” layihəsi çərçivəsində “Sərbəst güləş hamı üçün” devizi altında idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək layihə haqqında iştirakçılara məlumat veribdir.

Son dövrlərdə bu idman növündə qazanılan uğurları qeyd edərək idmançıları təbrik etmiş, eyni zamanda sərbəst güləş idman növünün rayonda inkişaf edən idman növlərindən olduğunu qeyd edibdir. Daha sonra idman tədbiri məşqçi-müəllim Mahir Mustafayevin təlimatları əsasında davam edibdir.