Tovuz Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun və Tovuz rayon Uşaq - Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 31 dekabr- "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunan sərbəst güləş idman növü üzrə açıq rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Anar Fəttahov iştirakçıları salamlayıb və idmançılara uğurlar arzu edib.Turnirdə Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarından və Gəncə şəhərindən ümumilikdə 87 idmançı iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda komanda hesabında l yerə Tovuz rayon ,ll yerə Gəncə şəhər və lll yerə isə Şəmkir rayon komandaları layiq görülüb. Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin və Tovuz rayon Uşaq - Gənclər İdman Şahmat Məktəbinin medal və diplomları ilə təltif olunublar.