Tovuz rayon Gənclər və İdman idarəsinin və Tovuz rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində voleybol üzrə məktəbli qızlar arasında rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birincilikdə 11 komanda iştirak etmişdir.

I yeri S.Kazımov adına Qovlar şəhər tam orta məktəbin komandası

Il yeri Z.Yusifov adına Bayramlı kənd tam orta məktəbin komandası

III yeri F.Hüseyinov adına Qaraxanlı kənd tam orta məktəbin komandası tutmuşdur.

Qalib komandalar təltif olunmuşdur.