
Tovuzda nərd turniri
- 26 Mar 2025 11:22
- 94
Tovuz rayonu üzrə gənclər və idman sektoru tərəfindən Tovuz Uşaq Gənclər İdman Şahmat Məktəbində həvəskarlar arasında nərd üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, əvvəlcə Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev iştirakçıları salamlayıb və onlara uğurlar arzu edib.
Daha sonra bildirib ki, belə turnirlərin keçirilməsində məqsəd nərd oyununun rayonda təbliği və vətəndaşların asudə vaxtının səmərəli təşkilidir. Turnirdə l yerə Ramin Tağıyev, ll yerə Füzuli Həsənov , lll yerə isə Ramin Qarayev layiq görülüb. Turnirin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar. Turnirdə 16 nəfər iştirak edib.