Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin idman zalında voleybol üzrə qızlar arasında nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Yaşar Orucov çıxış edərək ölkəmizdə idmançılara göstərilən dövlət qayğısı haqqında məlumat verib.

Qeyd olunub ki, bu kimi tədbirlərin keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda voleybol idman növünü inkişaf etdirmək, asudə vaxtın səmərəli təşkil etilməsidir. Daha sonra məşqçi müəllim Sadıx Hümmətovun rəhbərliyi ilə nümunəvi çıxışlar davam edib.Nümunəvi çıxışlarda 31 nəfər idmançı iştirak edib.