Tovuz Olimpiya İdman Kompleksində ,Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin ,Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Tovuz Regional Voleybol Klubunun birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yarışda Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil sektorunun əməkdaşları çıxışlar edərək idmançılara uğurlar arzulamış və Tovuz Regional Voleybol Klubunun məhsuldar fəaliyyətini təqdir etmişlər. Oyunun qaydalarını xatırladan Tovuz Regional Voleybol Klubunun məşqçisi Sadıq Hümmətov bir daha oyunçuların diqqətinə təhlükəsizlik qaydalarına əməl olunmasını çatdırmışdır. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda l yerə S.Kazımov adına Qovlar şəhər tam orta məktəbinin, ll yerə Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta mətəbinin, lll yerə isə F.Hüseynov adına Qaraxanlı kənd tam orta mətəbinin komandası layiq görülmüşdür. Qalib komandalar medal və diplomlarla təltif olunublar.