AFFA bir müddətdir ki, Tovuzda futbol akademiyasının tikintisini aparır.


Rekord.az xəbər verir ki, ictimaiyyətə sözügedən rayonda böyük işlərin görülməsi haqda məlumatlar verilir.


Lakin Tovuzdakı etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, görülən işlər hələ ki, daha çox kosmetik işlərdi. Stadionda bəzi otaqlar təmir olunur, yarımçıq qalmış ərazidə süni örtüyün döşənməsi üçün işlər görülür. O ki qaldı akademiyanın inzibatı binasının tikilişinə, hazırda bu məsələ gündəmdə deyil. Yəni bina üçün nə təməl atılıb, nə də yer ayrılıb.