Bildiyiniz kimi, bu yaxınlarda Tovuzda futbol akademiyası istifadəyə verildi. AFFA-nın vəsaiti ilə tikilən akademiyadan artıq U-17 millimiz istifadə edib və orada toplanış keçib.

Rekord.az-a daxil olan məlumata görə, sözügedən akademiyanın xidmətindən Premyer Liqa klubları da istifadə edə bilər.

Eləcə də ölkə xaricindən gələn hansısa komanda da Tovuz Futbol Akademiyasında məskunklaşa bilər. Lakin bu halda ödəniş "Turan Tovuz"a yox, birbaşa AFFA-ya ödənməlidir.