Tovuz "ASAN HƏYAT" kompleksinin "ASAN Hərbi Vətənpərvərlik" Mərkəzində tir atıcılığı idman növü üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə iştirakçılara təhlükəsizlik qaydaları izah olunub.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda l yerə Məmmədrzayev Bayram, ll yerə Hacıyev Taleh, lll yerə isə Məmmədov Əli layiq görülüb.Qaliblər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunub..