Tovuz Regional " ASAN Xidmət" Mərkəzinin Hərbi Vətənpərvərlik Mərkəzində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun, Tovuz Gənclər Evinin və Tovuz Regional "ASAN Xidmət" Mərkəzinin birgə təşkilatçılığı ilə Tovuz Şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər arasında "Tir" atıcılığı üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Daha sonra yarış gərgin idman mübarizəsi şəraitində davam edib.Yarışda l yerə Elnur İbrahimov, ll yerə Qismət Məmmədov , lll yerə isə Nihad Nuriyev layiq görülüb. Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.

Yarışda 30 nəfər gənc iştirak edib.