Dünən və bu gün Tovuzda və Gəncədə “Turan Tovuz” və “Kəpəz” klublarının I divizionda mübarizə aparan komandalarının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Rekord.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyunlar  haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolu qorumaqdı” mövzularında  mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verilib. Futbolçuların və məşqçilərin sualları cavablandırılan zaman bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda  müvafiq orqanlara məlumat göndərə bilərlər.