Tovuz Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin ,Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Tovuz Regional Voleybol Klubunun birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq məktəbli oğlanlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışda çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev respublikamızda və rayonumuzda gənclərin fiziki cəhətdən sağlam olmaları və asudə vaxtlarının səmərəli təşkili üçün məktəblilərin iştirakı ilə keçirilən yarışların önəmini xüsusi qeyd edib. Tovuz Regional Voleybol Klubunun da bu istiqamətdə fəaliyyətini vurğulanıb. Oyunun qaydalarını xatırladan Tovuz Regional Voleybol Klubunun məşqçisi Sadıq Hümmətov bir daha oyunçuların diqqətinə təhlükəsizlik qaydalarına əməl olunmasını çatdırıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda l yerə S.Kazımov adına Qovlar şəhər tam orta məktəbinin, ll yerə A.Qasımov adına Tovuz şəhər tam orta mətəbinin, lll yerə isə F.Hüseynov adına Qaraxanlı kənd tam orta mətəbinin komandası layiq görülüb. Qalib komandalar medal və diplomlarla təltif olunub.