Xəbər verdiyimiz kimi, AFFA Tovuzda futbol akademiyasının tikintisini davam etdirir. Düzdür, son zamanlar işlərin ləng getməsi açılışı yubadır. Baxmayaraq ki, açılış əslində sentyabrda olmalı idi. Hazırda isə dəqiq tarix bilinmir.

 

Rekord.az-a daxil olan məlumata görə, AFFA akademiya üçün nəzərdə tutduğu bütün meydanşaları süni örtüklü edəcək.

 

Halbuki yerli fanatlar həmin meydançalardan ən azı birinin təbii olacağına ümid var idi. Lakin son anda federasiya bu ümidləri də puç edib.