“Trabzonspor” baş məşqçisi Nenad Belitsanı istefaya göndərib.

Rekord.az xəbər verir ki, məlumatı Türkiyə təmsilçisinin rəsmi saytı yayıb.

Xorvat çalışdırıcının müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. 52 yaşlı mütəxəssisin mövsümün sonuna qədər nəzərdə tutulan maaşını tam şəkildə alaraq postunu tərk etməyə razılaşdığı açıqlanıb.

Belitsa bu ilin aprelindən “Trabzonspor”u çalışdırırdı. 

Hazırda 12 xalı olan "Trabzonspor" Super Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.