“Trabzonspor”da 4 müqavilə
- 18 Avq 2020 11:20
- 648
Türkiyənin “Trabzonspor” klubu yeni transferlerini ictimaiyyətə təqdim edib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi yeni mövsümdən bu komandanın uğurları üçün çalışacaq Anders Trondsen, Edqar Le, Marlon Xavyer və Stiven Plaza üçün imza mərasimi təşkil edib.
Qeyd edək ki, Anders Trondsen, Marlon Xavyer və Stiven Plaza bu yay transfer olunub. Edqar Le isə ötən mövsümün əvvəlində transfer olunsa da, limit səbəbindən “Feyenoord”a icarəyə verilmişdi. Yeni mövsümdən isə o da “Trabzonspor”un uğurları üçün çalışacaq.
Rəsmi müqavilələrə imza atıldıqdan sonra ənənəvi olaraq yeni transferlər “Trabzonspor” forması satın alıblar. Trondsen 561, Edqar və Plaza 500, Marlon isə 300 ədəd “Trabzonspor” forması alıb.