“Trabzonspor”da ciddi itki
- 19 İyn 2020 13:40
- 694
Türkiyənin “Trabzonspor” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisinin yarımmüdafiəçisi Entoni Nvakaeme bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.
“Fənərbaxça” ilə kubok matçında zədə alan nigeriyalı futbolçu ətraflı müayinədən keçirilib və onun azı bir ay oynaya bilməyəcəyi müəyyənləşib. Artıq 31 yaşlı oyunçunun müalicəsinə start verilib.
Komandanın kapitanı Xose Sosanın da durumuna aydınlıq gəlib. Onun zədəsinin ciddi olmadığı müəyyənləşib. Argentinalı futbolçu qarşıdakı oyunlarda meydana çıxa biləcək.