"Trabzonspor"un yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, bundan sonra komandaya yenə Abdullah Avcı rəhbərlik edəcək.

O, bu vəzifədə bu gün istefaya göndərilən Nenad Byelitsanı əvəzləyib.

Avcının son klubu da elə "Trabzonspor" olmuşdu. O, 2020-ci ilin noyabrından bu ilin mart ayınadək Super Liqa təmsilçisinə baş məşqçilik edib. Onun rəhbərliyi altında komanda 1 dəfə ölkə çempionu olub, 2 dəfə Türkiyə Super Kubokunu qazanıb. Köhnə-yeni baş məşqçi 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

"Trabzonspor" hazırda 12 xalla 7-ci pillədə qərarlaşıb.